11 avqust 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində 12 Avqust - “Beynəlxalq Gənclər Günü” münasibətilə əyləncəli tədbir keçirildi. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, YAP Binəqədi rayon Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri və rayonun fəal gəncləri iştirak etdilər.
Tədbirdə çıxış edənlər - Elvin Aslanov, Sevinc Abdullayeva, Leyla Kərimova və Fəsli Nəbiyev gəncləri 12 Avqust - “Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik edərək onlara uğurlar diləyiblər. Natiqlər qeyd ediblər ki, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir.
Tədbir əyləncəli proqramla davam etmiş və gənclərdə xoş əhval-ruhiyyə yaratmışdır.