“Daima zirvələrdə dalğalan, ey Bayrağım!” mövzusunda inşa yazı müsabiqəsi
02 noyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə 02 noyabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində 9 Noyabr – “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Daima zirvələrdə dalğalan, ey Bayrağım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

İnşalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılmış, Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılmışdır.

Müsabiqə 7-10, 11-14, 15-17 yaş qrupları üzrə keçirilmişdir.

Müsabiqənin nəticələri aşağıda qeyd olunduğu kimi olmuşdur:

7-10 yaş qrupu üzrə:
I yer – 246 №li məktəb-liseyin 6-cı sinif şagirdi Sadıqlı Aytən Yunus qızı;
II yer – 83 №li məktəb-liseyin 6-cı sinif şagirdi Süleymanov Nihad Rauf oğlu;
III yer - 244 №li tam orta məktəbin 3-cü sinif şagirdi Rəhimzadə Fatimə Emil qızı.

11-14 yaş qrupu üzrə:
I yer – 314 №li tam orta məktəbin 8-ci sinif şagirdi Qaraşlı Mehriban Vüqar qızı;
II yer – 298 №li tam orta məktəbin 7-ci sinif şagirdi Şirəliyeva Aysel Əli qızı;
III yer - 115 №li tam orta məktəbin 7-ci sinif şagirdi Mollayeva Lalə Mühasib qızı.

15-17 yaş qrupu üzrə:
I yer – 248 №li tam orta məktəbin 9-cu sinif şagirdi Səfərəliyeva Mehriban Cəlal qızı;
II yer – 157 №li tam orta məktəbin 11-ci sinif şagirdi Əfənli Qaratel Məhəmməd qızı;
III yer – 313 №li tam orta məktəbin 10-cu sinif şagirdi Məhəbbətli Aydan Mirzə qızı.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.