“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi
23-24 avqust 2017 | Qaradağ rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü və Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə 23-24 avqust 2017-ci il tarixlərdə Qaradağ Gənclər Evində “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı layihə həyata keçirilmişdir. Layihənin tələblərinə əsasən tədbirdə 18-29 yaşı olan gənc oğlanlar iştirak etmişdirlər.

Layihənin açılış mərasimində giriş sözü ilə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov layihənin aktuallığı, onun mahiyyəti və əldə olunacaq nəticələr barədə məlumat vermiş və təlimin başlanması üçün sözü layihənin təlimçiləri olan Tural Abdullazadəyə və Canoğlan İlyasova təqdim etmişdir. Seminarda “Qız övladlarının dəyəri nədən ibarətdir?”, “Ailə və qadın”, “Qadın və təhsil”, “İctimai həyatda aktiv olmağın yolları” mövzularında təlim və məruzələr dinlənilmiş və fikir mübadilələri aparılmışdır.

Nahar fasiləsindən sonra tədbir sual-cavab mərhələsi ilə davam etdirilmişdir.

Təlimin növbəti günündə iştirakçılara cavablandırılması üçün mövzu üzrə hazırlanmış suallardan ibarət sorğu anketləri paylanılmışdır.

Tədbirin sonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin, BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin baş müşaviri Fərid Babayevin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynovun imzaları ilə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı layihə çərçivəsində həyata keçirilən təlimdə fəal iştirakına görə hər bir gəncə şəhadətnamələr təqdim edilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.