Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun işçi heyəti ilə görüş
08 avqust 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

08 avqust 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun işçi heyəti ilə görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Aparat rəhbəri İsaxan Vəliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyev, hər üç qurumun əməkdaşları, “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Cəmilə Abdullayeva iştirak etmişlər.

Əvvəlcə qonaqlar Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin zəngin maddi-texniki bazası olan inzibati binası ilə tanış oldular.

Sonra görüş akt zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov qonaqları və görüş iştirakçılarını salamlamış, İdarənin fəaliyyəti haqqında ətraflı məlumat vermiş, rayonda gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, peşə yönümü, vətənpərvərlik, idman, bədii yaradıcılıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaradılan şəraitdən danışmışdır.

Daha sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun strukturu və gənclərin maarifləndirilməsi yönündə həyata keçirilən layihələrdən, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunmuş müxtəlif müsabiqə, konfrans, seminar və görüşlərdən bəhs edərək Binəqədi gənclərini də layihələrdə fəal iştiraka dəvət edib.

Görüş iştirakçıların təklifləri ətrafında müzakirə ilə davam etdirilmiş, yekunda Gənclər Evi ilə Bilik Fondunun birgə Tədbirlər planının hazırlanması, Gənclər Evində Bilik Otağının yaradılması, Binəqədi gənclərinin Fondun layihələrində daha fəal iştirakının təmin edilməsi qərara alınmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.