Mingəçevir Gənclər Evində "Penta-Trick" Futbol üzrə Fərdi Xəmsə İntellektual Oyunu keçirilib
20 avqust 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin dəstəyi, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin və Mingəçevir İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə Gənclər Evində "Penta-Trick" Futbol üzrə Fərdi Xəmsə İntellektual Oyunu keçirilib. Oyunun təşkil edilməsində əsas məqsəd - gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, eləcə də onların futbol biliklərinin intellektual yarış formasında maraqlı oyun vasitəsilə sınanmasıdır. 35 nəfərə yaxın gəncin qeydiyyatdan keçdiyi yarışma 20 avqust 2017-ci il tarixdə seçim turu ilə start götürüb. Daha sonra yarışda iştirak haqqı qazanan 16 nəfər A, B, C, D qrupları üzrə bölünüblər. Hər qrupdan 2 nəfər yarım finala vəsiqə qazanıb. Final yarışı isə gərgin mübarizə şəraitində keçib. Sonda Fərid Şahmarlı 1-ci yeri, Qismət Əli 2-ci yeri, Paşa Salmanov 3-cü yeri tutaraq qalib gəlmişdirlər. Qaliblər kubok və sertifikatlarla təltif olunublar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.