Mingəçevir Gənclər Evində Kompyuter oyunları üzrə gənclər arasında XI Azərbaycan milli çempionatının zona yarışları keçirilib
18 avqust 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və “Kompyuter oyunları Milli Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində Kompyuter oyunları üzrə gənclər arasında XI Azərbaycan milli çempionatının zona yarışları keçirilib. Çempionata hər birində 5 nəfər olmaqla komandalar və fərdi şəkildə gənclər qatılıb. Fərdi oyunlar: “PES 17”, “HearthStone”, “Tekken 7”, komanda oyunları isə: “Counter-Strike: Global Offensive”, “DoTa 2”, “World of Tanks” olub.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.