Gənclər “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbir keçiriblər
12 avqust 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Beynəlxalq Gənclər Günü” ilə bağlı Mübadilə Proqramı çərçivəsində layihələr davam edir. Növbəti layihə Mingəçevir Gənclər Evinin və Milli Şuranın üzvü olan “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevirdə fəaliyyət göstərən könüllü Elvin Seyfəddinov tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində 12 avqust 2017-ci il tarixdə Mingəçevir Gənclər Evində “Gənclər Beynəlxalq sülh naminə” mövzusunda dəyirmi masa baş tutub. Layihənin ilk hissəsində mövzu ətrafında gənclər arasında sülh, könüllülük, regionlarda gənclərin mövcud problemləri, gənclərin inkişafında QHT-nin rolu kimi sualları əhatə edən sorğu keçirilib. Sorğunun nəticələri dəyirmi masa zamanı müzakirə olunub və gənclərin fikirləri dinlənilib.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.