Gəncə şəhər Gənclər Evində ”Bələdçiyəm mən” adlı layihə baş tutub.
19-22 avqust 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Tədbir haqqında məlumat (geniş mətn): Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il 1-ci qrant müsabiqəsinin qaliblərindən olmuş və QHT Şurasının maliyyə dəstəyi ilə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi tərəfindən həyata keçirilən ”Bələdçiyəm mən” adlı layihə çərçivəsində 19-22 avqust tarixlərində Gəncə şəhər Gənclər Evində təlimlər təşkil edilib.

Azərbaycanda ilk olacaq bir platformanın myguide.az portalının və “Bələdçiyəm mən” adlı layihənin təlimlərinə respublikanın turizim bölgələri olan Gəncə, Şəki, Lənkəran şəhərlərindən və İsmayıllı rayonundan ümumilikdə 14 nəfər gənc cəlb olunub. Tədbirdə Gəncə şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

4 gün davam edən təlimləri turizm və bələdçilik sahəsində 12 illik təcrübəsi olan Fariz Hüseynov keçib.

İnternet portalında bələdçi xidmətindən istifadə edən turistlər bələdçiləri qiymətləndirmək, həmçinin onlar haqqında rəy yazmaq imkanı əldə edəcəklər. Portalda həmçinin şirkətlərin təklif edəcəyi turlar haqqında məlumatlar, o cümlədən bələdçilərin təklif edəcəyi fərdi turlar da yer alacaqdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.