Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində "Yaşıl ASAN" təşəbbüsünün 2 illik fəaliyyəti
04 avqust 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

04 avqust 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində "ASAN Könüllülük Məktəbi"nin "Yaşıl ASAN" təşəbbüsündə Master - 2 pilləsi çərçivəsində təcrübə keçmiş könüllülərin sertifikat təqdimetmə mərasimi keçirilmiş, eyni zamanda "Yaşıl ASAN" təşəbbüsünün 2 illik fəaliyyəti qeyd edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və gənclər iştirak etmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.