Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində 2 Avqust – “Milli kino günü” münasibətilə tədbir
02 avqust 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 avqust 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində 2 Avqust – “Milli kino günü” münasibətilə tədbir keçirildi.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, ASAN "Master - 2" layihəsi çərçivəsində rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri, gənclər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov gəncləri salamlayaraq Gənclər Evinin fəaliyyəti haqqında ətraflı məlumat verdi və bildirdi ki, burada gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif layihələr həyata keçirilir, kino günü münasibətilə keçirilən tədbir də bunlardan biridir.

Sonra çıxış edən natiqlər - Rauf Həsənov və Fəsli Nəbiyev vurğuladılar ki, 119-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin nümayişi ilə davam etdirildi. Film izləyicilərdə böyük təəssürat yaratdı.

Eyni zamanda tədbir zamanı ASAN “Master -2” layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüsü Rəvanə Məmmədova doğum günü münasibətilə təbrik edildi.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.