Balakəndə “Yay Kuboku 2017” adlı İntellektual çoxnövçülük üzrə açıq rayon birinciliyi
18 avqust 2017 | Balakən rayonu, Azərbaycan Respublikası

Balakən rayon Gənclər və İdman İdarəsi tərəfindən “Yay kuboku 2017” adlı İntellektual çoxnövçülük üzrə açıq birincilik təşkil edilmişdir.

Turnirin keçirilməsində məqsəd - Balakən rayonunun 2017-ci il üçün Respublikanın Gənclər Paytaxtı seçilməsi və bununla əlaqədar olaraq hazırlanmış Tədbirlər Planının müvafiq bəndlərinin icrasının təmin edilməsi, gənclərin intellektual potensialının yüksəldilməsi, digər rayonlardan olan intellektual potensialı yüksək olan gənclərlə əlaqələrin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili olmuşdur.

Balakən Gənclər Evində təşkil olunan turnirdə Qax rayonundan da gənclər iştirak etmişdirlər. 12 komandanın iştirak etdiyi turnirdə əvvəlcə “Nə? Harada? Nə zaman?” İntelektual oyunu, reytinqi yüksək olan 7 komanda ilə “Xəmsə” Milli İntellektual oyunu, qalib gəlmiş 4 komanda ilə daha sonra “Breyn-rinq” oyunu keçirilmişdir. 60-dan çox gəncin iştirak etdiyi İntellektual turnirin sual redaktoru Aktiv Gənclər Klubunun könüllüsü Pərvin Hüseynov olmuşdur. İntellektual çoxnövçülük üzrə turnirin yekununda “Pensionerlər” komandası I yeri, “Trenzalor” komandası II yeri, “Balzak” komandası isə III yeri tutmuşdur. Qalib gələn gənclər İdarə tərəfindən diplomlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.