“Addım-addım” adlı layihənin açılış mərasimi və ilk təlimi
28 oktyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Mahmud Məmmədzadənin “Addım-addım” adlı layihəsinin açılış mərasimi və ilk təlimi keçirilmişdir.

28 oktyabr 2016-cı il tarixdə keçirilmiş layihənin açılış mərasimində CIBS (Caspian International Business Services) təlim mərkəzinin təsisçisi, “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın mütəxəssis profayleri, biznes təlimçi, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri Təbriz Hacıyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, layihənin rəhbəri Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Binəqədi rayonunda təcrübə keçən ASAN könüllüləri, gənclər iştirak etmişdir.

Təlimçi Təbriz Hacıyevin təqdimatında “Profaylinq-60 saniyədə insan tanıma sənəti” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı müxtəlif insan psixotiplərinin təhlili və iş həyatında müxtəlif xarakterə malik insanlarla işləyərkən diqqət edilməsi zəruri olan məqamlar haqqında layihə iştirakçılarına ətraflı məlumat verilmişdir. Sonda Təbriz Hacıyev gənclərin suallarını cavablandırmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.