Balakən Gənclər evində “İlk addım” adlı seminar təşkil olunmuşdur
16 avqust 2017 | Balakən rayonu, Azərbaycan Respublikası

Balakən rayon Gənclər və İdman İdarəsinin könüllüsü İsmayıl Əzimov tərəfindən “İlk addım” adlı seminar təşkil olunmuşdur. Seminarda gənclərə başlanğıclardan çəkinməmək, fobia və komplekslərimizə qalib gəlmək, motivasiyanı üst səviyyədə saxlamaq, uğurlu başlanğıc üçün nələr etməli və digər mövzularla bağlı diskusiya şəraitində cavablar tapıldı. Artıq 2 ildir ki, Könüllülük fəaliyyəti ilə məşğul olan təlimçi gənclərə peşə seçimi və karyeranın düzgün yerdən başlanması üçün araşdırmaları və ekspert məsləhətlərinə əsaslanan fikirləri təqdim etdi. Tədbirdə video və musiqi fasiləsi verilmiş və həmin fasilələrdə motivasiya edici qısa film və musiqilərdən istifadə olunmuşdur. Seminarda 25 nəfər gənc iştirak etmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.