8 avqust 2017-ci il tarixdə İndoneziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Husnan Bey Fananie Mingəçevir şəhərinə səfər edib. Səfər çərçivəsində Səfir Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb. Günün ikinci yarısında Səfir Heydər Əliyev Mərkəzinə, Mingəçevir Gənclər Evinə, Dram Teatrına, Şəhidlər Xiyabanına baş çəkmiş və qaçqın və məcburi köçkünlərlə görüşmüşdür. Husnan Bey Fananie Gənclər Evində gənclərin asudə vaxtlarında səmərəli istifadəsi üçün burada yaradılan şəraitlə yaxından tanış olmuşdur.