Mingəçevir Gənclər Evində “Xəmsə” İntellektual Oyunu keçirilib
06 avqust 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Gənclər Evi, Azərbaycan Könüllülük Xidməti və Mingəçevir İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə 6 avqust 2017-ci il tarixdə Xəmsə üzrə fərdi oyun keçirilmişdir. 16 gəncin iştirak etdiyi yarışda təsadüfi seçim əsasında qruplar müəyyənləşmişdir. Qruplarda ilk yerin sahibləri final görüşündə öz güclərini sınayıblar. Gərgin keçən mübarizənin sonunda Nicat Salamov I yeri, Rüstəm Kərimov II yeri, Anar Ulusoy III yeri tutmuşdur. Önümüzdəki həftələrdə də intellektual yarışların keçirilməsi nəzərdə tutulub.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.