“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa
11 avqust 2017 | Qaradağ rayonu, Azərbaycan Respublikası

11 avqust 2017-ci il tarixdə Qaradağ rayon Gənclər Evində “Beynəlxalq Gənclər Günü” münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusupov, bir çox lahiyələrin müəllifi, fəal gənc Səbuhi Dadaşzadə iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə iştirak etmiş gənclərin rolundan danışmışdır. Dovlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı.

Qeyd olundu ki, 1998-ci ilin 08-12 avqust tarixlərində Lissabonda gənclər sahələri üzrə nazirlərin görüşü keçirilmiş və həmin dövlət məmurları tərəfindən qarşılıqlı beynəlxalq əməkdaşlıq sahəsində bir sıra razılaşmalar əldə edilmiş, görüşün yekun iclasının keçirildiyi gün - 12 avqust tarixi “Beynəlxalq Gənclər Günü” kimi dünya gənclərinin həyatına daxil olmuşdur.

Gənclər adından çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusupov, fəal gənclər Könül Əhmədova, Cavanşir Eyvazov, Vüsal Yusifov onlara verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını söylədilər. Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva rayon gənclərini “Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik edərək onları ictimai-siyasi həyatda daha fəal iştirak etməyə səslədi. Bir çox lahiyələrin müəllifi, fəal gənc Səbuhi Dadaşzadə çıxışında uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış gözəl şəraitdən, o cümlədən Qaradağ rayonunda gənclərin istifadəsinə verilmiş Qaradağ Gənclər Evindən və onun imkanlarından danışdı.

Tədbirin sonunda Beynəlxalq Gənclər Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc diplomlar və hədiyyələrlə mükafatlandırıldılar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.