“Azərbaycan milli geyimləri” rəsm sərgisi
20 iyul 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 iyul 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Gənclik və Şəxsiyyətlər” layihəsi çərçivəsində “Azərbaycan milli geyimləri” rəsm sərgisi keçirilmişdir.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, xalq rəssamı Arif Hüseynov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, layihənin rəhbəri Aysel Əlizadə, gənc rəssamlar iştirak etmişdirlər.

Tədbirin birinci hissəsində iştirakçılar gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir akt zalında rəsmi hissə ilə davam etmişdir. Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova qonaqları və gənc rəssamları salamlayaraq, İdarə tərəfindən mütəmadi olaraq mədəniyyətin müxtəlif sahələri üzrə tədbirlərin həyata keçirildiyini və gənclərin fikir və ideyalarının reallaşdırılmasına Binəqədi rayonunda hər zaman dəstək göstərildiyini bildirdi.

Sonra xalq rəssamları Arif Hüseynov və Ağaəli İbrahimov, layihə rəhbəri Aysel Əlizadə tədbirin əhəmiyyətindən danışaraq, gənclər arasında rəssamlığa marağın böyük olduğunu bildirdilər.

Sonda xalq rəssamları gəncləri maraqlandıran sualları cavablandırdılar və onlara tövsiyələrini verdilər. Tədbirin gedişatında gənc rəssamlar nümunə olaraq əl işlərini nümayiş etdirdilər. Tədbir sərgi iştirakçılarının sertifikatlarla təltif edilməsi ilə yekunlaşdı.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.