“Ekstremizmə qarşı gənclərin mübarizəsi”
18 iyul 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

18-26 iyul 2017-ci il tarixlərdə Bakıda Avropa Komissiyasının “Erasmus+” proqramının maliyyə dəstəyi ilə “Ekstremizmə qarşı gənclərin mübarizəsi” devizi altında beynəlxalq tədbir keçirilmişdir. Tədbirə İtaliya, İspaniya, Estoniya, Türkiyə, Hollandiya, Gürcüstan, Rusiya, Ukrayna, Moldovadan 20 nəfər iştirakçı qatılmışdır.

Layihə iştirakçıları 25 iyul 2017-ci il tarixdə Binəqədi rayonuna səfər etdilər. İştirakçılar əvvəlcə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış oldular. Gənclər Evinin akt zalında Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov təqdimatla çıxış etmişdir. Təqdimat zamanı E.Aslanov ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclər sahəsində görülmüş işlər, əldə edilmiş uğurlardan söhbət açmış, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə ətraflı məlumat vermişdir.

Təqdimatdan sonra tədbir iştirakçılarını maraqlandıran suallar İdarə rəisi tərəfindən cavablandırılmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.