ASAN könüllüləri Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində oldular
28 iyul 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

“ASAN Master – 2” layihəsi çərçivəsində 28 iyul 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübəyə başlamış 10-cu qrup ASAN könüllüləri ilə görüş keçirildi.

Görüşdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova və İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etdilər.

Könüllülər əvvəlcə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin inzibati binası ilə tanış oldular və onlara Gənclər Evi haqqında geniş məlumat verildi. Daha sonra Gənclər Evinin akt zalında ASAN könüllüləri ilə görüş keçirildi. Görüşdə rayon İdarəsinin rəisi Elvin Aslanov İdarənin fəaliyyəti ilə bağlı təqdimat etdi və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verdi.

Sonra Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonunda Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq aparılan abadlıq-quruculuq işlərindən, o cümlədən həyata keçirilən layihələr, tədbirlər haqqında geniş məlumat verdi. Eyni zamanda natiq Binəqədi rayonunun rəsmi facebook səhifəsinin təqdimatını etdi və sosial şəbəkələrdə rayonun fəaliyyəti haqqında ətraflı danışdı.

Təqdimatlardan sonra ASAN könüllüləri ilə görüş çay süfrəsi ətrafında davam etdi.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.