“Qəbul imtahanına necə hazırlaşmalı?” adlı seminar

Gənclər Paytaxtı Balakən rayon Gənclər və İdman İdarəsinin tərkibində yaradılmış Aktiv Gənclər Klubu 9 avqust 2017-ci il tarixdə Balakən Gənclər Evində daha bir layihəni reallaşdırıb. Belə ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Könüllülük Xidməti Proqramı” çərçivəsində Balakən rayonuna ezam olunmuş könüllü Xasay Mirzəli rayon yeniyetmə və gənclərinə qəbul imtahanına hansı metodlarla hazırlaşmaq, yuxu, həyəcan, məqsədlilik, zaman planlaması, motivasiya, qidalanma və ümumilikdə abituriyent dövrünün məqsədəuyğun planlaşdırılması haqqında ətraflı məlumat vermişdir. Seminara 30 nəfər iştirakçı qatılmışdır. Qarşılıqlı müzakirə şəklində keçən görüşdə ən yaxşı sual müəllifi könüllümüz tərəfindən kitabla mükafatlandırıldı. Seminarın fəal iştirakçıları rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edildilər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.