18 oktyabr - Milli Müstəqillik Gününə həsr olunmuş İntellektual yarış
14 oktyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı, şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə Gənclər Evində – Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm və Tibb Kolleclərində təhsil alan tələbələr arasında 18 oktyabr - Milli Müstəqillik Gününə həsr olunmuş İntellektual yarış keçirilib. Tədbiri giriş sözü ilə Rəşad Qurbanov açaraq, 18 oktyabr Milli Müstəqillik Günü haqqında, müstəqilliyin əldə olunması və qorunub saxlanılması haqqında iştirakçılara qısa məlumat verib .

Yarışda MDU–nu 16 komanda, digər iki kolleci isə 8 komanda təmsil edib. Gərgin mübarizə ilə yaddaqalan üç mərhələ nəticəsində daha çox suala düzgün cavab verən 6 komanda final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsidə ilk üç yerin sahibi aşağıdakı kimi sıralanıb: 1-ci yer – 8 ( səkkiz) komandası, 2-ci yer – 666 komandası, 3-cü yer – Fenomen komandası.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.