“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda inşa yazı müsabiqəsi
13 oktyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyi və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə 18 Oktyabr - “Dövlət Müstəqilliyi günü”nün 25-ci ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Binəqədi rayonu Gənclər evində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

İnşalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılmış, Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılmışdır.

İnşa yazı müsabiqəsinin nəticəsinə görə 83 nömrəli məktəb-liseyin 10b sinif şagirdi Həsənova Zəhra Fəxrəddin qızı (0003) I yerə, 3 nömrəli tam orta məktəbin 10c sinif şagirdi İsrafilli Lumu Cəmil qızı (0043) II yerə və 102 nömrəli tam orta məktəbin 11c sinif şagirdi Qəhrəmanova Arzu Zəka qızı (0029) III yerə layiq görülub.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.