Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mingəçevir şəhər Gənclər Evində görüş
22 iyul 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

22 iyul 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində “Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə mətbuat işçiləri ilə gənclər arasında görüş keçirilib. Görüşdə “Mingəçevir”, “Mingəçevir İşıqları” qəzetlərinin nümayəndələri, report.az, alpaninfo.az saytının əməkdaşları və digərləri qonaq qismində iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin rəhbəri Tural Kərimov dəvəti qəbul edib gəlmiş qonaqları salamlayıb, onları “Milli Mətbuat Günü” münasibətilə səmimi qəlbdən təbrik edib, özü və gənclər adından hər birinə dərin təşəkkürünü bildirib. Daha sonra şəhərin fəal gənci Kamal Əhmədov da gənclər adından təbriklərini çatdırıb. Söhbət əsnasında yaxın günlər ərzində gənclərin əldə etdiyi uğurlardan, ictimai əlaqələrdən, gənclərin gələcəyə töhfələrindən danışılıb. Qonaqlar və gənclər arasında fikir mübadiləsi, gələcək əməkdaşlıq çərçivəsində söhbətlər aparılıb, mətbuat işçiləri öz töhfələrini gənclərə çatdırıblar. Daha sonra tədbir çay sürfəsi arxasında davam edib.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.