“Aztəminatlı ailələrə dövlət dəstəyi” mövzusunda tədbir
12 iyul 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

12 iyul 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və onların fəaliyyətinin dəstəklənməsi istiqamətində “Aztəminatlı ailələrə dövlət dəstəyi” mövzusunda tədbir keçirildi.

“Sosial Tərəqqinin Dəstəklənməsi” İctimai Birliyinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil olunan tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon bələdiyyələrinin İctimai-humanitar sektorlarının müdirləri, QHT nümayəndələri və Binəqədi gəncləri iştirak etmişdirlər.

Ölkə başçısının qətiyyətli dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının olması, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün dövlət proqramlarının konkret və uğurla həyata keçirilməsi, ölkəmizin bütün sahələrdə olduğu kimi, qlobal böhran şəraitində bir sıra ölkələr üçün tamamilə əlçatmaz görünən iqtisadi inkişaf sürətinə nail olması kimi məsələlər tədbirin əsas müzakirə mövzusu olmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.