”Gəncə rənglərdə” layihəsinin təltifetmə mərasimi
21 iyul 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

”Gəncə rənglərdə” layihəsi Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilmişdir. Layihənin əsas məqsədi "Gəncə MDB Mədəniyyət Paytaxtı - 2017" layihəsinə dəstək, gənclərin asudə vaxtlarının səmərəli təşkili və təsviri-incəsənt sahəsində olan istedadlı gənclərin üzə çıxarılmasıdır.

21 iyul 2017-ci il tarixdə Gəncə şəhər Gənclər Evində layihədə iştirak etmiş gənclərin təltifetmə mərasimi keçirilmişdir. Tədbirdə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Baş İdarənin və Gənclər Evinin əməkdaşları iştirak etmişdirlər.

Layihədə fəal iştirak etmiş istedadlı gənclər sertifikatlarla təltif edilmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.