“Velosipedçi dostu ol!” devizi altında keçirilən beynəlxalq tədbirin iştirakçıları Binəqədi rayonuna səfər etdilər
17 iyul 2017 | Balakən rayonu, Azərbaycan Respublikası

10-18 iyul 2017-ci il tarixlərdə Avropa Komissiyasının “Erasmus+” proqramının maliyyə dəstəyi ilə “Velosipedçi dostu ol!” (Be cyclist friendly) devizi altında beynəlxalq tədbir keçirilmişdir. Tədbirə İspaniya, Macarıstan, Xorvatiya, Gürcüstan və Ukraynadan hər birindən 7 nəfər olmaqla 35 nəfər gənc iştirakçı qismində qatılmışdır.

17 iyul 2017-ci il tarixdə layihə iştirakçılarının Binəqədi rayonuna tanışlıq səfəri baş tutmuşdur. İştirakçılar əvvəlcə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış olmuşlar. Gənclər Evinin akt zalında Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov təqdimatla çıxış etmişdir. Təqdimat zamanı E.Aslanov ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclər sahəsində görülmüş işlər, əldə edilmiş uğurlardan, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə ətraflı məlumat vermişdir. Təqdimatdan sonra tədbir iştirakçılarını maraqlandıran suallar İdarə rəisi tərəfindən cavablandırılmışdır.

Səfərin sonunda layihə iştirakçıları tərəfindən layihənin mahiyyətinə uyğun olaraq yenidən dizayn olunmuş və dekorativ formada hazırlanmış bir ədəd köhnə velosiped Binəqədi rayonuna hədiyyə edilmişdir.

Layihənin məqsədi gənclər arasında fərqliliklərin öyrənilməsi, inkişaf etdirilməsi üçün şəraitin yaradılması və qazanılmış biliklərin paylaşılmasıdır. Layihənin icrası müddətində gənclər mədəniyyətlərarası müxtəlifliyin inkişaf etdirilməsi, ətraf mühit və sağlam həyat tərzi barəsində fikir mübadiləsi aparmışlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.