“Gitara kursları”
17-19 iyul 2017 | Balakən rayonu, Azərbaycan Respublikası

17 iyul 2017-ci il tarixdə Balakən rayon Gənclər Evində Aktiv Gənclər Klubu tərəfindən “Gitara kursları” təşkil olunmuşdur. Gənclər Evində fəaliyyət göstərən digər kurs və dərnəklər kimi gitara kursları da ödənişsizdir və könüllülük prinsiplərinin təbliğinə əsaslanır. Kurslar həftədə 2 dəfə, II və V günlər təşkil olunur. Gitara kurslarında 16-23 yaş kateqoriyasından olan 15 nəfər gənc iştirak edir. Kurslar 05 avqust 2017-ci il tarixinədək davam edəcəkdir.

Aktiv Gənclər Klubu 2012-ci ildə Balakən rayon Gənclər və İdman İdarəsinin nəzdində yaradılmış və Gənclər Evində fəaliyyət göstərir. Klub hər il müxtəlif layihələr icra edir. Yay tətili müddətində rayonda yeniyetmə və gənclərin daha çox olduğuna görə Klub “Səmərəli tətil” proqramını icra edir. Proqram çərçivəsində 12 kurs və dərnək könüllülük prinsipləri əsasında gənclərə təqdim olunur. Bunlara misal olaraq İngilis və Rus dili kursları, conversation club, kitab müzakirəsi, Azərbaycan filmlərinə baxış, intellektual oyunlar və digərlərini göstərmək olar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.