Sumqayıtda VIII Çağırış Kubokunun qalibləri müəyyən olundu
07 iyul 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil Şöbəsinin dəstəyi ilə 7 iyul 2017-ci il tarixdə Sumqayıt Gənclər Evində “Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə VIII Çağırış Kubokunun şəhər seçim turu təşkil edilmişdir.

Çempionatı giriş sözü ilə açan Baş İdarənin rəis səlahiyyətlərini icra edən Mübariz Bəşirov iştirakçı komandaları salamlamış, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərilən qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır. M.Bəşirov qeyd edib ki, çempionatın keçirilməsində məqsəd - gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmin nüfuzunu artırmaq, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda Azərbaycan Kubokunun final mərhələsinə vəsiqə qazanacaq komandaları müəyyən etməkdir.

Çempionatda şəhərin müxtəlif sahələrini təmsil edən yaşı 25-dən çox olmayan gənclərdən və məktəblilərdən ibarət 9 komanda olmaqla, ümumilikdə 54 iştirakçı öz bilik və bacarıqlarını sınamışdır.

Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri “Asan Xidmət”, II yeri “Texniki təbiət elmləri lisey”, III yeri isə 11 nömrəli tam orta məktəbin “Generation P” komandası tutmuşdur. Qeyd edək ki, I və II yerləri tutan komandalar Bakı şəhərində təşkil olunacaq final mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin diplom, kubok, medal və hədiyyələri ilə təltif edilib.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.