“Real Həyatımızı Qoruyaq” mövzusunda təlim keçirilib
15 iyul 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Gənclər Evində ictimai-fəal gənc Nurlan Həsənov tərəfindən “Real Həyatımızı Qoruyaq” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd - gəncləri virtual asılılığın zərərləri barəsində bilikləndirmək, internet şəbəkələrindən səmərəli istifadə qaydalarını aşılamaqdan ibarətdir. Təlimdə qeyd olundu ki, sosial media, ağıllı telefonlar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Gənclərimiz mütəmadi olaraq sosial media hesablarını yoxlayır, gündəmi qaçırmamağa çalışır və ya müəyyən oyunlarla vaxtlarını səmərəsiz keçirirlər. Bu aludəçilik bəzən o dərəcədə güclənir ki, gənclər gecə saatlarınadək yuxusuz qalır, yuxudan ayılar-ayılmaz isə internet resurslarında virtual gəzişmələrinə davam edirlər. Nəticədə onlarda həm fiziki, həm də psixoloji xəstəliklər meydana çıxır. Bu isə gənclərin gün ərzindəki fəaliyyətlərinə, iş qabiliyyətlərinə təsirsiz ötüşmür.

Təlimdə maraqlı müzakirələr aparılmış və gəncləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.