“Gənclər – vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı layihənin ikinci mərhələsi başa çatıb
01-06 iyul 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə şəhərində Niderland Xarici İşlər Nazirliyinin və Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə keçirilən “Gənclər – vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı layihənin ikinci mərhələsi başa çatıb. Təlimlərin keçirilməsində məqsəd - gənc liderləri müvafiq mövzular üzrə təlimatlandırmaq və maarifləndirməklə, onların qərarvermə prosesində və ictimai siyasətin formalaşmasında funksiya və rollarının artırılması və elektron məlumat bazaları, fəal vətəndaşlıq mövqeyi vasitələri haqqında məlumatlandırmaqdan ibarətdir.

Layihənin ikinci mərhələsində Bakıdan dəvət edilmiş təlimçilər Gəncə şəhərindən və ətraf rayonlardan seçilən 20 nəfər iştirakçıya “İctimai vəkillik”, “Elektron Xidmətlər”, “Layihələrin yazılması və idarə edilməsi”, “Natiqlik”, “Liderlik”, “Sosial media” mövzularında təlimlər keçib, gənclərlə birlikdə layihələr tərtib olunub .




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.