“Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə yeniyetmə liqasında II dövrənin oyunları
19 iyul 2017 | Balakən rayonu, Azərbaycan Respublikası

19 iyul 2017-ci il tarixdə Balakən rayon Gənclər evində Aktiv Gənclər Klubu tərəfindən təşkil edilən “Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə yeniyetmə liqasında II dövrənin oyunları keçirilmişdir. Yarışda 11 komandada 65 nəfər yeniyetmə iştirak etmişdir. Qeyd edək ki, yeniyetmə liqası Aktiv Gənclər Klubunun könüllülük prinsipi əsasında təşkil etdiyi 12 fəaliyyət növündən biridir. Bundan başqa, Klubda “gitara kursu”, “kitab müzakirəsi”, ”rus və ingilis dili” kursları, “conversation club”, “rəsm dərnəyi” və digər kurs və dərnəklər fəaliyyət göstərir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.