Aktiv Gənclər Klubunda İntellektual Liqa start götürüb
05 iyul 2017 | Balakən rayonu, Azərbaycan Respublikası

V “Səmərəli Tətil” Proqramını icra edən Aktiv Gənclər Klubunda “Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə yeniyetmə Liqasının ilk oyunu 05 iyul 2017-ci il tarixdə Balakən rayon Gənclər Evində keçirilmişdir. Oyunda 9 komandada 50-dən çox gənc iştirak etmişdir. Hər həftənin 3-cü günü saat 11:00-da təşkil olunacaq Liqanın yekun oyunu 02 avqust 2017-ci il tarixdə baş tutacaqdır. Liqa çərçivəsində gənclərə sual redaktorları tərəfindən vaxtaşırı olaraq “islam həmrəyliyi” və “vətənpərvərlik” mövzularında təqdim olunan suallar da yarışa daxil ediləcəkdir.

200-dən çox yeniyetmə və gəncin əhatə olunduğu “Səmərəli Tətil” Proqramında əsas istiqamət gənclərin intellektual potensialının yüksəldilməsi, dövlətçilik və vətənpərvərlik tərbiyəsinin aşılanması, könüllülük prinsiplərinin təbliği, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və yay tətili müddətində gənclərin maraqlarına cavab verən fəaliyyətlərin (əyləncəli oyunlar, seminar və treninqlər) təşkilidir.

Qeyd edək ki, Aktiv Gənclər Klubu Balakən rayon Gənclər və İdman İdarəsinin tərkibində yaradılıb və hal hazırda Klubda Kitab müzakirəsi, şəxsi inkişaf təlimləri, gitara kursu, Azərbaycan filmlərinə baxış, rus və ingilis dili kursları, gənc qızlar üçün dərzilik kursları, rəssamlıq, debat və gənclərə psixoloji yardım klubları fəaliyyət göstərir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.