Qarabağ müharibəsi veteranları ilə rayon fəallarının görüşü
25 iyun 2017 | Qaradağ rayonu, Azərbaycan Respublikası

25 iyun 2017-ci il tarixdə Qaradağ rayon Gənclər Evində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə əlaqədar Qarabağ müharibəsi veteranları ilə rayon fəallarının görüşü keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov tədbir iştirakçılarını Silahlı Qüvvələr günü münasibətilə təbrik edərək onlara şərəfli işlərində uğurlar arzulamışdır. E.Abbasov qeyd etmişdir ki, gənclərdə vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, çağırış yaşına qədər gəncləri ordu sıralarına hazırlamaq məqsədilə gənclərin müharibə veteranları ilə görüşlərinin keçirilməsi, onların hərbi hissələrə aparılması artıq ənənə halını almışdır.

Görüşdə iştirak edən "Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri" İctimai Birliyinin Qaradağ rayon şöbəsinin sədri Maqsud Pənahovun və digər natiqlərin çıxışlarında qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin gərgin əməyi və yüksək təşkilatçılığı sayəsində yaradılan Milli ordu qısa zaman kəsiyində regionun ən güclü nizami ordusuna çevrilmişdir. Ulu öndərin qurduğu ordu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində son illərdə böyük inkişaf yolu keçib, döyüş hazırlığını daha da artırıb, həmçinin Azərbaycan hərbçiləri artıq beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edirlər.

Görüşün sonunda gəncləri maraqlandıran suallar müharibə veteranları tərəfindən cavablandırılmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.