Mingəçevir şəhər Gənclər Evində “Dünya bir palitradır, biz isə onun rəngləri” adlı rəsm sərgisi keçirilib
23 iyun 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin və Xəzər Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 23 iyun 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində “Dünya bir palitradır, biz isə onun rəngləri” adlı rəsm sərgisi keçirilib.

Sərginin rəsmi hissəsində Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və rəis müavini Sahil Hüseynov, “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinin I vitse-prezidenti Rasim Məmmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov, Xəzər Təhsil Mərkəzinin direktoru Raqif Hüseynov, Mərkəzin rəssamlıq kursunun rəhbəri Şəhla Cəfərova çıxış etmişdirlər. Qeyd olunmuşdur ki, bu qəbildən olan sərgilərin təşkili xüsusi qabiliyyəti olan yeniyetmə və gənclərin gələcək inkişafında böyük əhəmiyyət daşıyır, onların bu sənətə olan marağını, diqqətini daha da artırır.

5 gün davam edən sərgidə 14 nəfər yeniyetmə və gəncin 40-a yaxın əsəri nümayiş olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.