Mingəçevir Gənclərin Regional Forumu “Payız Kuboku 2016”
22 oktyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin dəstəyi, Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı ilə Gənclər Evində “Mingəçevir Gənclərin Regional Debat Forumu Payız Kuboku 2016”-da Iştirak edəcək gənclər üçün "Mövzu Təlimi" keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə forumda iştirak edəcək bütün gənclərə uğurlar arzuladı və Forumun "İnkişaf Etməkdə Olan Ölkələr üçün proteksionizm siyasətinin tətbiqi sahibkarlığın inkişafında özünü doğruldur" mövzusu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Tədbirə dəvət olunmuş ekspert - Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının baş müəllimi Şəfaqətov Günəş tərəfindən mövzu haqqında kifayət qədər məlumat verilmişdir. Maraqlı diskusiyalar şəraitində keçən təlimin sonunda ekspert gənclərin suallarını cavablandırdı. Təlim "ŞOU DEBAT"la yekunlaşmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.