“Öyrən, tətbiq et, qazan” adlı layihə çərçivəsində elektron lövhənin tədrisi kursları
15 iyun 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tebeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə 15 iyun 2017-ci il tarixdən Mingəçevir şəhər Gənclər Evində keçirilən “Öyrən, tətbiq et, qazan” adlı layihə çərçivəsində şəhərin orta ümumtəhsil müəssisələrində çalışan müəllimlərin İKT (elektron lövhə) bacarıqlarının inkişafına dəstək məqsədilə elektron lövhənin tədrisi kursları başlanmışdır.

Kurslara ilk olaraq şəhərin 19 və 8 nömrəli orta məktəbləri cəlb olunmuşdurlar. Müdavimlər kurs müddətində elektron lövhə və ümumilikdə İKT vərdişlərini inkişaf etdirmək, təhsildə texnologiyalardan daha səmərəli şəkildə istifadə etmək üçün yeni bilgilər əldə edəcəklər. Bundan öncə də elektron lövhələrin istifadəsi kursları Mingəçevir şəhərində digər qurumlar tərəfindən həyata keçirilmişdir. Kurslar elektron lövhənin tədrisdə daha kütləvi şəkildə istifadəsinə nail olmaq, eləcə də istifadə zamanı meydana çıxan çətinlikləri azaltmaq və yeni üsullar öyrənmək baxımından iştirakçılar üçün böyük əhəmiyyət daşıyır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.