“Gənclər evlərində təlimçilər klubunun yaradılmasına və şəbəkələşməsinə dəstək” adlı layihə çərçivəsində təlim
21 iyun 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi və Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin təşkilatçılığı ilə “Gənclər evlərində təlimçilər klubunun yaradılmasına və şəbəkələşməsinə dəstək” adlı layihə çərçivəsində 21 iyun 2017-ci il tarixdə Gəncə şəhər Gənclər Evində təlim keçirilmişdir.

Layihənin keçirilməsində əsas məqsəd - regionlarda fəaliyyət göstərən Gəncləri evləri ilə yerli gənclər arasında əməkdaşlığın gücləndirilməsi, gənclərin təlimçilik bacarıqlarının inkişaf etdirilməsi və gənc təlimçilərin şəbəkələşməsinə dəstək verməkdən ibarətdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.