Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Vergi” olimpiadası layihəsi çərçivəsində müsabiqə
08 iyun 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon bələdiyyəsinin İctimai və humanitar sektorunun təşkilatçılığı ilə 08 iyun 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Vergi” olimpiadası layihəsi çərçivəsində inzibati ərazidə fəaliyyət göstərən 13 tam orta məktəbin şagirdlərinin iştirakı ilə müsabiqə keçirilmişdir.

Müsabiqədə 3 qrup (III-V, VI-VIII, IX-XI siniflər) üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirmişdirlər.

Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirilmişdir.

Müsabiqədə birinci yerləri 3 №-li tam orta məktəbin şagirdi Məmmədov Əli, 126 №-li tam orta məktəbin şagirdi Süleymanov Vahid, 83 №-li məktəb-liseyin şagirdi Əliyev Kənan, ikinci yerləri 144 №-li tam orta məktəbin şagirdləri Bayramov Mirələm, Sultanov Nicat, 276 №-li tam orta məktəbin şagirdi Məmmədli Dəniz və üçüncü yerləri 3 №-li tam orta məktəbin şagirdi Vəliyev Mustafa, 244 №-li tam orta məktəbin şagirdləri Məmmədli Səma, Ağaməmmədova Aysu tutaraq qalib olmuşdurlar.

Qaliblərə diplom, sertifikat və hədiyyə kuponlarını Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Seymur Hacıyev, Asəf Vəliyev və Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı təqdim etmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.