Sumqayıt şəhər Gənclər Evində Avropa Gənclər Parlamenti tərəfindən birinci təlim-konfransı keçirilmişdir
10-11 iyun 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

10-11 iyun 2017-ci il tarixlərdə Sumqayıt şəhər Gənclər Evində Avropa Gənclər Parlamenti (qeyri-hökümət təşkilatı) tərəfindən birinci təlim-konfransı keçirilmişdir. “Bulud Texnologiyası” adlı tədbirdə yaşı 16-22 olan ümumilikdə 70 nəfər gənc, həmçinin seçilmiş təcrübəli xarici tələbələr iştirak etmişdirlər.

Sessiya Bulud Texnologiyasına (Cloud Computing) həsr olunmuş, habelə sessiyaların mövzuları da bu sahələrlə birbaşa əlaqəli olmuşdur. Tədbir müddəti ərzində bu sahədə olan problemlər və onların həlli yolları araşdırılmışdır. Tədbirin ikinci günündə təklif olunan layihə-qətnamələri Baş Assambleyaya (General Assembly) çıxarılmış və onların arasında xüsusi fərqlənənlər qəbul olunmuşdur.

Sonda iştirakçıların hər birinə sertifikatlar təqdim edilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.