“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə turnir
01 iyun 2017 | Balakən rayonu, Azərbaycan Respublikası

1 iyun 2017-ci il tarixdə Balakən rayon Gənclər Evində Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş yeniyetmələr arasında “Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə turnir keçirilmişdir. Tunirdə 45 nəfər yeniyetmə iştirak etmişdir. Balakən rayon Gənclər Evinin könüllüləri tərəfindən turnir üçün suallar tərtib olunmuş və yarışın təşkilat komitəsi, apellyasiya münsiflər heyəti təşkil olunmuşdur. Yarışdan əvvəl qonaqlar çıxış edərək “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə bağlı iştirakçılara ətraflı məlumat vermiş, yeniyetmələri təbrik etmişdirlər.

Turnirdə “Mans wild” komandası 1-ci yeri, “Victory” komandası 2-ci yeri və “VLP” komandası 3-cü yeri tutaraq qalib gəlmişdirlər.

Sonda qalib komandalar diplomlarla təltif edilmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.