Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Media və Biz” mövzusunda təlim keçirildi
09 iyun 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

09 iyun 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Gənclərin İKT İnkişafı Mərkəzi” adlı layihə çərçivəsində “Media və Biz” mövzusunda təlim keçirilmişdir.

Təlimdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri, 7news/az saytının rəhbəri Səbuhi Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu, Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri, icra nümayəndələrinin, bələdiyyələrin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin adminləri, Yeni Azərbaycan Partiyasının fəal gəncləri iştirak etmişdirlər.

Təlimi açıq elan edən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova tədbirin proqramı haqqında məlumat verərək Gənclər Evində bu qəbildən olan təlimlərin mütəmadi keçirildiyini vurğulamışdır.

Daha sonra çıxış edən rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova sosial şəbəkədə gənclərin rolundan danışmış və vurğulamışdır ki, Binəqədi gəncləri bu sahədə aktivliyini qoruyub saxlayırlar. L.Kərimova həmçinin qeyd etmişdir ki, maarifləndirici təlimlər, seminarlar rayonda mütəmadi olaraq təşkil edilir və gənclərin media sahəsində maarifləndirilməsi istiqamətində işlər aparılır.

Sonra ASGA-nın sədri, 7news/az saytının rəhbəri Səbuhi Abbasov “Gənclərin İKT İnkişafı Mərkəzi” adlı layihə çərçivəsində keçirilən “Media və Biz” mövzusunda təlimin əhəmiyyəti haqqında geniş məlumat vermişdir.

Çıxışlardan sonra təlimdə iştirak edən və Binəqədi rayonunda sosial şəbəkələrdə aktiv olan bir qrup gəncə Azərbaycan Slavyan Gənclərinin Assosiasiyası tərəfindən diplomlar təqdim edilmişdir.

Mükafatlandırma mərasimindən sonra AMEA-nın elmi işçisi, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu tərəfindən rayonun sosial şəbəkədə aktiv olan gənclərinə “Gənclərin İKT İnkişafı Mərkəzi” və “Media və Biz“ mövzusunda təlim keçirilmişdir. Təlim zamanı ekspert sosial şəbəkələrin əhəmiyyətindən, onlardan düzgün istifadə və təhlükəsizlik qaydalarından danışmışdır. Təlim gənclərin mövzu əsasında müzakirəsi ilə yekunlaşdı.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.