“Gənclər evlərində təlimçilər klubunun yaradılmasına və şəbəkələşməsinə dəstək” adlı layihə
09 iyun 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən həyata keçirilən “Gənclər evlərində təlimçilər klubunun yaradılmasına və şəbəkələşməsinə dəstək” adlı layihə çərçivəsində Mingəçevir şəhərində silsilə təlim proqramları keçirilib.

Layihənin keçirilməsində məqsəd - regionlarda fəaliyyət göstərən Gənclər evləri ilə yerli gənclər arasında əməkdaşlığın gücləndirilməsi, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviq olunması, təlimçilik bacarıqlarının inkişaf etdirilməsi və gənc təlimçilərin şəbəkələşməsinə dəstək verməkdir.

09 iyun 2017-ci il tarixdə öz işinə başlayan təlim-görüşünü açıq elan edən Mərkəzin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov bildirib ki, region gəncləri üçün qeyri-formal təhsil proqramlarının təşkili və bu işin mütəmadi davam etdirilməsi zəruridir. Gənclərin müxtəlif istiqamətlərdə təlim keçməsində bacarıqlı təlimçilərə ehtiyac duyulduğunu nəzərə alaraq, Mingəçevir şəhər Gənclər Evində yaradılacaq Təlimçilər klubu bu istiqamətdə əsaslı işlər görəcəkdir.

Təlimlər Mingəçevir şəhər Gənclər və İdman İdarəsi rəisinin müavini Sahil Hüseynov və Gənclər üçün Təhsil Mərkəzinin eksperti Kamal Əhmədov tərəfindən keçirilmişdir. Proqram çərçivəsində iştirakçılara qeyri-formal təhsil metodologiyası, təlim və seminarların təşkili, debatların keçirilməsi və s. mövzular tədris olunmuşdur. Təlimlərlə yanaşı, gənclər üçün praktik məşğələlər də təşkil edilmişdir.

Pilot layihənin Gəncə, Mingəçevir şəhərlərində və Quba, Sabirabad rayonlarında fəaliyyət göstərən Gənclər evlərində həyata keçirilməsi nəzərdə tutulub.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.