Balakən rayonunun yaradıcı yeniyetmə və gəncləri ilə görüş keçirilmişdir
05 iyun 2017 | Balakən rayonu, Azərbaycan Respublikası

05 iyun 2017-ci il tarixdə Balakən rayon Gənclər Evində Balakən rayonunda, eləcə də respublikamızda və digər ölkələrdə keçirilən tədbirlərdə, sərgilərdə və müsabiqələrdə fəal iştirak etmiş rayonun yaradıcı yeniyetmə və gəncləri ilə görüş keçirilmişdir.

Tədbirdə çıxış edən Balakən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, rayon Təhsil şöbəsinin metodisti Mahi Əliyeva və Aktiv Gənclər Klubunun sədri Sarxan Hacıyev yaradıcı, istedadlı yeniyetmə və gənclərin respublikada və digər ölkələrdə keçirilən tədbirlərdə fəal iştirakının əhəmiyyətini vurğulamışlar, onlara gələcək işlərində uğurlar arzulamışlar və ölkəmizdə bu kateqoriyadan olan gənclərə göstərilən qayğı və diqqəti iştirakçıların nəzərinə çatdırmışdırlar.

Görüşdə IV İslam Həmrəyliyi oyunlarının təbliğinə həsr olunmuş Respublika təsviri sənət müsabiqəsinin zona mərhəsələsində I yeri tutmuş Firəngiz Balayeva, IV yeri tutmuş Canpolad Mikayılov, Çexiya Respublikasında keçirilmiş “Lidiçe – 2017" 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisinin iştirakçısı Nəsimi Qarayev, “Öz dünyanı boya” adlı I Respublika rəng Festivalında həvəsləndirici mükafat qazanmış Kərimli Yusif, “Don Kixot Utopiyadan gələcəyə baxışlar” mövzusunda Buenos Ayresdə keçirilən beynəlxalq sərgidə fərqlənmiş və mükafata layiq görülmüş Bayramlı Alvina, həmçinin Balakən rayonunda keçirilən digər müsabiqələrin iştirakçıları olan yeniyetmə və gənclər iştirak etmişdirlər.

Tədbirdə ümumilikdə 25 nəfər istedadlı yeniyetmə və gənc iştirak etmişdir. Sonda iştirakçılar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.