Gənclərin “Sahibkarlıq Məktəbi”nin əsası qoyuldu
16 may 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 16 may 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində keçirilən “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinə yekun vurulub. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi - region gəncləri arasında sahibkarlığın təşviq olunması və sahibkarlıq fəaliyyətinə marağın yaradılması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən region gənclərinin seçilməsi, onlar arasında hüquqi maarifləndirmə və bu kateqoriyadan olan gənclərin üzə çıxarılması və artırılmasından ibarətdir.

Ölkəmizin gələcəyi olan gənclərin sahibkarlıq fəaliyyətinə və onların uğurlu karyera qurmasına yardımçı olmaq üçün maarifləndirmə işlərini gücləndirmək məqsədilə sözügedən layihənin təlimlərinin keçirilməsi zəruri hesab edilmişdir. Hər iki qrupda 25 nəfər tələbənin iştirakı ilə həyata keçirilən təlimdən ümumilikdə 50 nəfər gənc yararlanıb. İştirakçılar Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Turizm Kollecinin tələbələrindən ibarət olmuşdur.

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Tural Kərimov çıxış edərək təlimdə iştirak edən bütün gənclərə uğurlar arzu etmiş və onların bu sahədə maarifləndirilməsinin böyük əhəmiyyətinin olduğunu bildirmişdir.

Mərkəzin hüquqşünası Arifə Məmmədova biznesin hüquqi formaları, hüquqi məsuliyyətlər barədə gəncləri ətraflı məlumatlandırmışdır.

Təlimçi Kamal Əhmədov iştirakçılarlarla təlim müddətində keçirilən mövzular ətrafında müzakirələr aparıb.

Təlimi uğurla başa vuran 39 nəfər gənc sertfikatlarla təltif olunmuş və “Sahibkarlıq Məktəbi”nə üzv seçilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.