“Azərbaycanda məişət zorakılığından zərər çəkmiş qadınlar üçün həyat körpülərinin qurulması” mövzusunda təlim.
27oktyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

UN WOMAN, United Nations Trust Fond, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “ASAN Könüllüləri” təşkilatı, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin dəstəyi, Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycanda məişət zorakılığından zərər çəkmiş qadınlar üçün həyat körpülərinin qurulması” mövzusunda təlim keçirilmişdir. Təlimçi Cavid İmamoğlu məişət zorakılığının səbəbləri, törətdiyi fəsadlar barəsində çıxış etmişdir. Daha sonra təlim iştirakçıları ilə bu mövzuda geniş müzakirələr və məişət zorakılığından zərərçəkmiş qadınların yenidən öz həyatlarının normal olması üçün nə etməli olmalarına dair fikir mübadiləsi aparılmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.