“I İSTƏK Debat Forumu” uğurla yekunlaşıb
13 may 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

İstək liseyinin və Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində həyata keçirilən “I İSTƏK Debat Forumu” uğurla yekunlaşıb. Forumda 7 komanda olmaqla 21 natiq öz bacarıqlarını nümayiş etdirib. Uğurlu çıxışı ilə fərqlənən “Xalqlar Dostluğu İstək liseyi” və “Mingəçevir İstək liseyi” komandaları finala vəsiqə qazanıb. Final mərhələsinin nəticəsinə görə “Mingəçevir İstək liseyi”ni təmsil edən komanda “I İSTƏK Debat Forumu”nun qalibi olub.

Forumun bağlanış və mükafatlandırma mərasimində İstək liseyinin və Milli Debat Proqramının nümayəndələri çıxış ediblər. Liseyin Sosial Fəaliyyətlər üzrə koordinatoru Elnur Əzizov İstək liseylərinin sosial fəaliyyətli şagirdlərin fərdi inkişafında rolundan və onların yarışlarda qazandıqları uğurlardan söhbət açıb.

Daha sonra çıxış edən Milli Debat Proqramının Regional Mərkəzlər üzrə meneceri Etiram Sadıqzadə tədbir iştirakçılarına Proqramın fəaliyyətindən, qarşıya qoyulan əsas məqsədlərdən və bu məqsədlərə doğru olan uğurlu addımlardan danışıb. E.Sadıqzadə Milli Debat Proqramının və Mingəçevir Regional Debat Mərkəzinin qarşıda duran fəaliyyətləri haqqında iştirakçılara məlumat vermişdir.

Tədbir zamanı həmçinin Mingəçevir İstək liseyinin layihə rəhbəri Fəqan Əhmədov çıxış edərək bu qəbildən olan turnirlərin şagirdlər üçün əhəmiyyətli olduğunu vurğulayıb və keçirilən debatların gənclərin natiqlik qabiliyyətinin inkişafına müsbət təsir etdiyini diqqətə çatdırıb.

Forumda qalib komandaya kubok, medal və ən yaxşı 10 natiq, KİV nümayəndələri və bütün iştirakçılara sertifikatlar təqdim olunub.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.