“Etika - Media Məktəbi” adlı layihə çərçivəsində təlim keçirilib
18 may 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Gənclərin Sağlam İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 18 may 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində "Etika - Media Məktəbi" adlı layihə çərçivəsində təlim keçirilib.

Təlimin məqsədi - Azərbaycan mediasında yeni düşüncəyə malik və dövlətin maraqlarını hər şeydən üstün tutan gənc jurnalist ordusunun yaranmasına dəstək olmaqdır.

“Gənclərin Sağlam İnkişafı” İctimai Birliyinin rəhbəri Məmməd Gülməmmədovun iştirakı ilə keçirilən təlimdə iştirakçılara sosial, yeni, ənənəvi media, sosial medianın qolları və s. barədə ətraflı məlumat verilib. M.Gülməmmədov bildirib ki, informasiya müharibəsində gənclərin düşmənlə mübarizəsinə ehtiyac duyulur. Həmçinin gənclərin əsasən sosial mediada aktiv fəaliyyətinin təbliği və onların bu sahədə daha yaxşı yetişməsi üçün sözügedən layihənin keçirilməsi vacib hesab olunur.

Sonda təlimi uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.