“Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı layihə çərçivəsində təlim keçirilib
13 may 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 13 may 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) vasitəsilə “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı layihə çərçivəsində təlim keçirilmişdir. Təlimdə istər ictimai, istərsə də şəxsi həyatda fiziki, cinsi, psixoloji, iqtisadi zərərlər, o cümlədən təhdidlər, məcburi və ya əsassız azadlıqdan məhrumetmə kimi hallarla nəticələnən və ya nəticələnə bilən bütün zorakılıq halları barədə iştirakçılara ətraflı məlumat verilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.