20 may 2017-ci il tarixdə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin 2-8-ci sinif şagirdləri üçün, 21 may tarixdə abituriyentlər üçün növbəti sınaq imtahanları keçirilmişdir. Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində keçirilən imtahanlarda rayon məktəblərindən 17 nəfər şagird və 26 nəfər abituriyent iştirak etmişdir. Nəzarətçilərin müşayiəti ilə 3 saat davam edən imtahanların nəticələri www.sinaqnetice.az saytında yerləşdirilmişdir.