“Nə? Harada? Nə zaman?” İntellektual oyunu
25 may 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 may 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində 28 May - Respublika Günü münasibətilə “Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə məktəblilər arasında Bakı şəhər çempionatının Binəqədi rayon mərhələsi keçirilmişdir.

Yarışda rayon bələdiyyələrinin - Binəqədi, Binəqədi qəsəbəsi, Biləcəri, Rəsulzadə, Xocəsən - hər birindən 3 məktəb olmaqla 15 komanda iştirak etmişdir. “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin aparıcısı komandaları qaydalarla tanış etdikdən sonra oyuna start verilmişdir. Oyunun nəticəsinə əsasən 299 №-li məktəb-liseyin “Zaman” komandası I yerə, 283 №-li tam orta məktəbin “Savalan” komandası II yerə, 297 №-li tam orta məktəbin “Qala” komandası III yerə layiq görülmüşdür.

Mükafatlandırma mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova məktəbliləri 28 May - Respublika Günü münasibətilə təbrik edərək onlara buraxılış və ali məktəblərə qəbul imtahanlarında uğurlar diləmişdir. Qalib komandalar İdarə tərəfindən diplom, medal və kubokla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.